Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyadan “Şelburn” u mübarizədən kənarlaşdıran (3:0, 1:0) “Qarabağ” ən azı Konfrans Liqasının liqa mərhələsini təmin edib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası əgər ÇL-in 3-cü təsnifat mərhələsində uduzarsa, Avropa Liqasının pley-off-una vəsiqə əldə edəcək.
Orada da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanacaq. Yəni “Qarabağ” bu mövsüm də avrokubokların əsas mərhələsinin iştirakçısı olacaq.