AZ

Vətəndaşlara risk XƏBƏRDARLIĞI: “2015-ci ildə baş verən İki böyük devalvasiya göstərdi ki…”

“Azərbaycanda xarici valyutada, xüsusilə, ABŞ dolları ilə kreditləşmə hələ də müəyyən səviyyədə davam edir. Halbuki bu növ kreditlər ciddi risklər daşıyır”.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı Kənan Quluzadə fikir səsləndirib.

Banka

O, Azərbaycanda xarici valyutada kreditləşmənin riskləri və davam edən tələbatın səbəbləri barədə danışıb:

“Əsas risk valyuta ilə bağlıdır. Yəni, borcalan gəlirlərini manatda əldə etdiyi halda, kredit ödənişlərini dollarda etməli olur. Dolların məzənnəsi qalxdıqda, borcalanın üzərinə düşən yük artır və kreditin faktiki dəyəri çoxalır. Bu da həm borcalanın ödəmə qabiliyyətinə, həm də ümumi maliyyə sabitliyinə mənfi təsir göstərir. 2015-ci ildə ölkədə baş verən iki böyük devalvasiya təcrübəsi bunu açıq şəkildə sübut etdi. Minlərlə insan xarici valyutada olan kreditlərini ödəməkdə çətinlik çəkdi, bir çox kreditlər problemli kreditlər siyahısına düşdü”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
28
3
konkret.az

4Mənbələr