AZ

“2015-ci ildə baş verən iki böyük devalvasiya göstərdi ki...”

“Azərbaycanda xarici valyutada, xüsusilə, ABŞ dolları ilə kreditləşmə hələ də müəyyən səviyyədə davam edir. Halbuki bu növ kreditlər ciddi risklər daşıyır”.

Yenisabah.az konkret.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Kənan Quluzadə bildirib.

O, Azərbaycanda xarici valyutada kreditləşmənin riskləri və davam edən tələbatın səbəbləri barədə danışıb: pizza sifarişi

“Əsas risk valyuta ilə bağlıdır. Yəni borcalan gəlirlərini manatda əldə etdiyi halda, kredit ödənişlərini dollarda etməli olur. Dolların məzənnəsi qalxdıqda, borcalanın üzərinə düşən yük artır və kreditin faktiki dəyəri çoxalır. Bu da həm borcalanın ödəmə qabiliyyətinə, həm də ümumi maliyyə sabitliyinə mənfi təsir göstərir.

2015-ci ildə ölkədə baş verən 2 böyük devalvasiya təcrübəsi bunu açıq şəkildə sübut etdi. Minlərlə insan xarici valyutada olan kreditlərini ödəməkdə çətinlik çəkdi, bir çox kreditlər problemli kreditlər siyahısına düşdü”.


Telegram kanalımız
Seçilən
51
3
yenisabah.az

4Mənbələr