Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ciil tarixli 29/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərintəsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusiehtiyatların yaradılması Qaydası”nda, 2022-ci il 22 iyul tarixli29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, ocümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ vətələblərə dair Qayda”da, 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəliQərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığınınhesablanması Qaydaları”nda dəyişikliklər edib.
Trend xəbərverir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərarimzalayıb.
Qərara əsasən,“Aktivlərin təsnifləşdirilməsi və mümkünzərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasıQaydası”nda borcalanın zərəri hesablanarkən onun faiz, vergi vəamortizasiya xərcləri nəzərə alınmayacaq.Yəni borcalanın zərərləfəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiyahesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faizxərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.
Həmçinin yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığıqiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişafbanklarının buraxdığı qiymətli kağızlar da aid edilib.
“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlıprudensial normativ və tələblərə dair qayda”da dəyişikliklərəəsasən, milli valyutada istehlak kreditlərinin təminatı qismindəeyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və bankasaxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metallarıistisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat kimi eynibankda olan depozitlər, banka saxlanc girovu kimi qoyulmuş bankmetalları və digər qiymətli metallar çıxış edirdi.
Bundan başqa, limitli borcalanın vergidən sonra xalisgəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərininməcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. Hesablama zamanı nəzərdə tutulmuştəminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqlaborcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəliklərinəzərə alınacaq.
“Bank kapitalının və onun adekvatlığının hesablanmasıQaydaları”nda dəyişikliklərə əsasən, istehlak krediti xətlərininistifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan)bu qaydaların 9.6.1-1-ci yarımbəndinə uyğun olaraq kreditəkonvertasiya edildikdən sonra 100 (yüz) faizli risk qrupuna aidedilir.
AMB-nin Hüquq departamentinə buqərarların 3 gün müddətindəHüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün ƏdliyyəNazirliyinə təqdim edilməsi tapşırılıb.