AZ

Mərkəzi Bank bir neçə qaydada dəyişiklik etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.

Publika.az xəbər verir ki, bu barədə Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qərara əsasən,“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Yəni borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.

Həmçinin yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair qayda”da dəyişikliklərə əsasən, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat kimi eyni bankda olan depozitlər, banka saxlanc girovu kimi qoyulmuş bank metalları və digər qiymətli metallar çıxış edirdi.

Seçilən
12
4
publika.az

6Mənbələr