AZ

"Qəbələ"də polşalı qapıçı

"Qəbələ" uzun sürən axtarışdan sonra qapıçı problemini həll edə bilib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" istədiyi "əlcək sahibi"ni Polşada tapıb.

I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçsisi Kevin Komarı sıralarına qatıb. 22 yaşlı kiperlə 1+1 illik müqavilə imzalanıb.

O, 2022-ci ildən "Puşça"nın formasını geyinib. Kevin Azərbaycana gəlmək üçün müddəti gələn ilin yayında bitəcək müqaviləsini pozub.

Qeyd edək ki, "Qəbələ" ondan öncə İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu “Kan”, Fransa) sıralarına qatıb.

İdman.biz

Seçilən
27
2
idman.biz

3Mənbələr