UEFA Avropa Konfrans Liqasının 2025/2026 mövsümünün II təsnifat mərhələsinin cavab görüşləri bu gün keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu gün təmsilçilərimiz “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” növbəti mərhələyə yüksəlmək üçün bu gün mübarizə aparacaq.
“Sabah” “Bank Respublika Arena”da Moldova təmsilçisi “Petrokub”u qəbul edəcək. İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan “bayquşlar”ın növbəti mərhələyə çıxmağa çalışacaq.
Digər təmsilçimiz “Zirə” Xorvatiyada “Hayduk” ilə qarşılaşacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesablı nəticə ilə meydanı tərk edən Rəşad Sadıqovun komandası Xorvatiyada mərhələ keçmək üçün meydana çıxacaq.
Tarixində ilk dəfə avrokubok həyəcanı yaşayan “Araz-Naxçıvan” “Dalğa Arena”da keçirilən ilk görüşdə sürpriz bir nəticə ilə Kipr təmsilçisi “Aris”ə 2:1 hesabı ilə qalib gəlib. Səfərə üstün yollanan təmsilçimiz qələbə ilə ayrılmaq niyyətindədir.
UEFA Avropa Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
31 iyul
20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova)
İlk görüş- 2:0
Baş hakim: Danilo Nikoliç (Serbiya)
Masazır, “Bank Respublika Arena”
22:15. “Aris” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)
İlk görüş- 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu
23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan”
İlk oyun - 1:1
Baş hakim: Luka Payretto (İtaliya).
Split, “Polyud” stadionu