AZ

Latın Amerikası ölkəsi işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanıyıb

Nikaraqua Ukraynanın işğal olunmuş ərazilərini - Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini Rusiya Federasiyasının regionları kimi tanıyıb...

Poliqon xəbər verir ki, bu barədə ölkənin həmsədrləri Daniel Orteqa və Rosario Murilyonun Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda deyilir.

"Nikaraqua hökuməti və xalqı Rusiya Federasiyasının NATO tərəfindən dəstəklənən Ukrayna neonasizminə qarşı apardığı qəhrəmancasına mübarizəni qətiyyətlə tanıyır və dəstəkləyir. Biz rus xalqını və dünya sülhünü qorumaq üçün öz yaxınlarının həyatını qurban verən rus ailələri ilə həmrəyik", deyə məktubda bildirilir.

Qeyd edək ki, Rusiya bu əraziləri işğal edib və 2022-ci ildə "referendum"la öz tərkibinə daxil edib.

Poliqon.info

Seçilən
36
3
poliqon.info

4Mənbələr