Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.
Hurriyyet.az xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.
Nəticədə otağa tavandan su tökülməyə başlayıb.
Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil. (Qafqazinfo)