Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.
Nəticədə otağa tavandan su tökülməyə başlayıb.
Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.