AZ

“Zirə” bu gün Konfrans Liqasında cavab oyununu keçirəcək

Bakı, 31 iyul, AZƏRTAC

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komanda Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olacaq. Split şəhərindəki “Polyud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qarşılaşmanı İtaliyadan olan FIFA referisi Luka Payretto idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda oynanılan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
116
4
azertag.az

10Mənbələr