AZ

"Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazandı -

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb. Metbuat.az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubunun heyətində isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib."Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilib.

Seçilən
24
4
metbuat.az

10Mənbələr