
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Hirkan” hava xəttində iyulun 31-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.