AZ

Lənkəranın bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ


Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunub ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xəttində iyulun 31-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar. Mətləb
Seçilən
49
44
baki-xeber.com

10Mənbələr