AZ

Yaponiya ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

SOCAR-ın məlumatına görə, görüşdə tərəflər arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
7
3
vergiler.az

10Mənbələr