AZ

Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasına hazırlıq müzakirə edilib

Bakı, 30 iyul, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və ITOCHU korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

Şikətdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə SOCAR ilə ITOCHU korporasiyası arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
13
10
azertag.az

10Mənbələr