AZ

Ağcabədidə yanğın oldu

BAKI, 31 iyul. TELEQRAF

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yanğın olub.

Teleqraf xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, tövləyə bitişik yığılan 10 ton ot bağlaması və sahəsi 50 m² olan talvarın taxta atmaları 3 m² sahədə yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
155
17
teleqraf.com

10Mənbələr