AZ

General Kelloqun qızı: "Kiyevə zərbələr Putinin prezident Trampın müəyyən etdiyi müddətə cavabıdır..."- 2 ölü, 52 yaralı...

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs bildirib ki, Rusiyanın 2025-ci il iyulun 31-nə keçən gecə Kiyevə kütləvi gecə hücumu Amerika liderinin müəyyən etdiyi müddətə Kremlin birbaşa cavabıdır.
 
Moderator.az bu haqda "TSN"-ə istinadla xəbər verir.
 
"Kiyev böyük PUA hücumu ilə üzləşir. Səhv etməyin, bu, Putinin prezident Trampın müəyyən etdiyi müddətə cavabıdır. O, Amerikanın qətiyyətini və gücünü sınayır. Biz zəif olmamalıyıq", - Mobbs vurğulayıb.
 
Xatırladaq ki, iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı ən kütləvi raket və dron hücumlarından birinə məruz qalıb. Hava hücumundan müdafiə sistemi bir neçə atış dalğası şəraitində işləyib, Kiyevin müxtəlif ərazilərində partlayışlar və yanğınlar qeydə alınıb.
 
"NV" kanalının son dəqiqələrdə yaydığı məlumata görə,Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko iki nəfərin həlak olduğunu, 52 nəfərin isə yaralandığını bildirib. Onlardan 30-a yaxını xəstəxanalardadır. Yaralılar arasında 9 uşaq da var. O qeyd edib ki, yaralıların sayı artacaq.
Seçilən
0
3
moderator.az

4Mənbələr