AZ

ABŞ mis məhsullarına 50 faiz rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizliyin təminatı üçün bəzi mis məhsullarının idxalına 50 faiz rüsum tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, rüsum avqustun 1-dən etibarən yarımfabrikat mis məhsullarına və böyük tərkibdə bu metaldan hazırlanmış mallara tətbiq ediləcək. Tariflər konsentratlar, katodlar və anodlar kimi mis qırıntıları və mis filizlərinə tətbiq edilməyəcək.

Seçilən
4
3
publika.az

4Mənbələr