ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyin təminatı üçün bəzi mis məhsullarının idxalına 50 faiz rüsum tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Ağ Ev məlumat yayıb. Sərəncama əsasən, rüsum avqustun 1-dən etibarən yarımfabrikat mis məhsullarına və böyük tərkibdə bu metaldan hazırlanmış mallara tətbiq ediləcək. Tariflər konsentratlar, katodlar və anodlar kimi mis qırıntıları və mis filizlərinə tətbiq edilməyəcək. Ağ Evin açıqlamasında deyilir ki, Sərəncam yerli mis sənayesininin dəstəklənməsinə hədəflənib.
Mətləb Salahov