AZ

Bakıda ağır qəza - ölən və yaralanan var

Bakıda ağır qəza hadisəsi olub.

“Teleqraf” xəbər verir ki, hadisə Sarayevo küçəsində, "Bakı" kinoteatrının qarşısında baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Qasımov Nurlan Şiraslan oğlu idarəetməsində olan motosikletlə hərəkətdə olarkən avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü N.Qasımov xəsarət alıb.

Motosikletdəki sərnişin - onun əmisioğlu Qasımov Nihat isə hadisə yerində dünyasını dəyişib.

Yaralı N.Qasımov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr