Ajans.az xəbər verir ki, hadisə Xətai rayonunda, Sarayevo küçəsində, keçmiş "Bakı" kinoteatrının qarşısında baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Qasımov Nurlan Şiraslan oğlu idarəetməsində olan motosikletlə hərəkətdə olarkən avtomobilə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü N.Qasımov xəsarət alıb. Motosikletdəki sərnişin - onun əmisioğlu Siyruz Qasımov isə hadisə yerində dünyasını dəyişib. Yaralı N.Qasımov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.