Bakı. Trend:
Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnikaalmağı planlaşdırır.
Trend-in“Reuters”ə istinadla verdiyi məlumata görə, plan çərçivəsində 20ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi, 3000 ədəd “Boxer”zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını sifarişediləcək.
Mənbələrin məlumatına görə, yalnız “Eurofighter Typhoon”qırıcılarının dəyəri 4-5 milyard avro təşkil edir. “Boxer” və“Patria” texnikalarının dəyəri isə müvafiq olaraq 10 və 7 milyardavro səviyyəsində qiymətləndirilir. Bütün bu avadanlıqlarınAlmaniyaya təxminən 10 il ərzində çatdırılması planlaşdırılır.
Bundan əlavə, Müdafiə Nazirliyi daha çox IRIS-T hava hücumundanmüdafiə sistemi və bir neçə yüz “SkyRanger” pilotsuz uçuşaparatlarına qarşı müdafiə platforması almağı da planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Almaniya Maliyyə Nazirliyi 2026-cı ilüçün federal büdcə layihəsini təsdiqləyib. Layihəyə əsasən, ölkəninmüdafiə xərclərinin 82,7 milyard avroya qədər artırılması nəzərdətutulur.