AZ

Almaniya çox milyard dollarlıq hərbi texnika almağa hazırlaşır

Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika almağı planlaşdırır.

Bakues.az xəbər verir ki, plan çərçivəsində 20 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi, 3000 ədəd “Boxer” zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını sifariş ediləcək.

Mənbələrin məlumatına görə, yalnız “Eurofighter Typhoon” qırıcılarının dəyəri 4-5 milyard avro təşkil edir. “Boxer” və “Patria” texnikalarının dəyəri isə müvafiq olaraq 10 və 7 milyard avro səviyyəsində qiymətləndirilir. Bütün bu avadanlıqların Almaniyaya təxminən 10 il ərzində çatdırılması planlaşdırılır.

Bundan əlavə, Müdafiə Nazirliyi daha çox IRIS-T hava hücumundan müdafiə sistemi və bir neçə yüz “SkyRanger” pilotsuz uçuş aparatlarına qarşı müdafiə platforması almağı da planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Almaniya Maliyyə Nazirliyi 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib. Layihəyə əsasən, ölkənin müdafiə xərclərinin 82,7 milyard avroya qədər artırılması nəzərdə tutulur.

Seçilən
12
2
icma.az

3Mənbələr