AZ

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində!

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxıb.

Sitat.info xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında ilk oyunda "Qarabağ" 3:0 hesablı qələbə qazanmışdı.

Qurban Qurbanovun komandası bu cütün qalibi olduğu üçün ÇL-də 3-cü mərhələyə yüksəlməklə yanaşı, Konfrans Liqasında Liqa mərhələsini, Avroliqada isə pley-off-u təmin edib.

"Qarabağ" növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Seçilən
33
2
sitat.info

9Mənbələr