
Yeniavaz.com xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, “Qarabağ” – “Şelburn” (İrlandiya) cütünün qalibi növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
***
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Şelburn” (İrlandiya) oyunu başlayıb.
Yeniavaz.com xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Xatırladaq ki, bu komandalar arasında ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbə qazanıb.