AZ

Azərbaycanda bu xəstələrə verilən dərmanların sayı artırıldı

Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, "Fabhalta" dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.

Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini İlqar Qasımova həvalə edilib.

Milli.Az 

Seçilən
97
4
milli.az

10Mənbələr