Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Fabhalta" dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb. Marqarita pizza
Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini İlqar Qasımova həvalə edilib.
Telegram kanalımız