Aİ Komissiyası yeni sərhəd nəzarəti sisteminin oktyabr ayında tətbiq ediləcəyini açıqlayıb
Aİ Komissiyası, AB-yə daxil olmayan ölkələrdən Şengen bölgəsinə səyahət edənlərin giriş-çıxışlarının rəqəmsal qeydinə imkan verəcək Elektron Giriş-Çıxış Sisteminin (EES) oktyabrın 12-dən etibarən tətbiq ediləcəyini açıqlayıb.
Komissiya EES-in oktyabrın 12-dən başlayaraq altı aylıq müddət ərzində mərhələli şəkildə həyata keçiriləcəyini və daha sonra bütün sərhəd-keçid məntəqələrində aktivləşdiriləcəyini bildirdi.
Bəyanatda qeyd olunub ki, EES sərhəd rəsmilərinin, nəqliyyat sektorunun və sərnişinlərin yeni prosedurlara uyğunlaşmasına imkan yaratmaq üçün mərhələli şəkildə həyata keçiriləcək. O, “EES-in oktyabr ayında fəaliyyətə başlaması ilə Aİ daha təhlükəsiz və səmərəli sərhəd idarəetmə sistemi yaratmaq məqsədinə çatmaq üçün mühüm addım atır” ifadəsi işlədilib.
EES ilə qısa müddətli qalmaq üçün Aİ üzvü olan dövlətə səfər edən Aİ vətəndaşlarının giriş və çıxış məlumatları, pasport məlumatları, barmaq izləri və üz təsvirləri rəqəmsal olaraq qeydə alınacaq.
Yeni sistem Şengen zonasına qeyri-qanuni girişə nəzarət etmək və bununla mübarizə aparmaq məqsədi daşıyır.
Əvvəlcə 2024-cü il noyabrın 10-da qüvvəyə minməsi planlaşdırılan yeni sistem üzv dövlətlərin qeyri-adekvat infrastrukturu səbəbindən bir neçə dəfə təxirə salınıb.
aia.az
Tərcümə şöbəsi