AZ

Azərbaycan və Yaponiya arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycanİqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının başəməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə SOCAR mıəlumat yayıb.

Bildirilib ki, görüşdə SOCAR ilə “ITOCHU” Korporasiyası arasındaötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, buxüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional vəqlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsindəuğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasındaiqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasınahazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlifistiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən, neftyataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerjilayihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Seçilən
54
10
az.trend.az

10Mənbələr