AZ

Yeni qərar: 10 000 AZN oldu

Azərbaycanda gəmilərə göstərilən xidmətlərə görə haqqın məbləğləri müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Qərara əsasən, Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğləri təsdiqlənib.

 

Sıra

nömrəsi

Xidmətin adıÖlçü vahidiMəbləği

(manatla, ƏDV daxil)

1234
1.Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi  
1.1.Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi ilə bağlı layihələrin qiymətləndirilməsihər gross ton üçün 
1.1.1.Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün1 gross tongəminin ümumi tutumu (gross ton ilə) x 2 manat
1.1.2.Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün1 gross ton1000 manat (500 gros ton x 2 manat) + gəminin 500 gross tondan yuxarı hər gross tonuna görə 1,5 manat
1.1.3.Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün1 gross ton4750 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat) + gəminin 3000 gross tondan yuxarı hər gross tona görə 1,20 manat
1.1.4.Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün1 gross ton13150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat) + gəminin 10000 gross tondan yuxarı hər gross tona görə 0,90 manat
1.1.5.Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün1 gross ton22150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat + 10000 gross ton x 0,90 manat) + gəminin 20000 gross tondan yuxarı hər gross tona görə 0,70 manat
1.1.6.Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün1 gross ton43150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat + 10000 gross ton x 0,90 manat + 30000 gross ton x 0,70 manat) + gəminin 50000 gross tondan yuxarı hər gross tona görə 0,50 manat
1.2.Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında dəyişikliklər ilə bağlı layihələrin qiymətləndirilməsihər gəmi üçün 
1.2.1.Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçmədikdə1 ədəd gəmi500 manat
1.2.2.Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçdikdə1 ədəd gəmi500 manat + gəminin hər qross tonuna görə 0,50 manat
1.3.Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi1 dəniz limanı üçün10000 manat
1.3.1.o cümlədən yükaşırma terminalının və yanalma körpüsünün inşası və yenidən qurulması ilə bağlı layihələrinin qiymətləndirilməsi1 yükaşırma terminalı və ya yanalma körpüsü üçün2500 manat
1.4.Dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi1 dəniz əməliyyatları bazası üçün2500 manat
1.5.Dəniz limanlarının (onun hidrotexniki qurğularının) fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi1 dəniz limanı üçün5000 manat
1.6.Dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi1 dəniz əməliyyatları bazası üçün3000 manat
2.Gəmilərin (kiçikhəcmli gəmi istisna olmaqla) beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi  
2.1.Gəmilərin (kiçikhəcmli gəmi istisna olmaqla) beynəlxalq konvensiyaların tələblərinə uyğun illik müayinəsihər gəmi üçün 
2.1.1Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün1 ədəd gəmi50 manat
2.1.2Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi100 manat
2.1.3Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi250 manat
2.1.4Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi350 manat
2.1.5Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi450 manat
2.1.6Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün1 ədəd gəmi500 manat
2.2.Gəmi (kiçikhəcmli gəmi istisna olmaqla) sahibinin təşəbbüsü ilə gəminin aralıq müayinəsinin həyata keçirilməsihər gəmi üçün 
2.2.1.Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün1 ədəd gəmi380 manat
2.2.2.Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi1380 manat
2.2.3.Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi1880 manat
2.2.4.Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi2380 manat
2.2.5.Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün1 ədəd gəmi2880 manat
2.2.6.Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün1 ədəd gəmi3380 manat
3.Dəniz limanının və ya dənizçilik şirkətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun, limanın, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının, aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi  
3.1.Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi1 dəniz limanı üçün5000 manat
3.2.Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi1 dənizçilik şirkəti üçün3000 manat
3.3.Dəniz limanının, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının qiymətləndirilməsi1 ədəd üçün250 manat
3.4.Gəmi tullantılarının idarə edilməsi planının qiymətləndirilməsi1 ədəd üçün500 manat
3.5.Aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi1 ədəd üçün250 manat
4.Gəmiyə dəniz mobil identifikasiya və ya peyk rabitə stansiyası nömrələrinin verilməsi  
4.1.Gəmiyə dəniz mobil identifikasiya nömrəsinin verilməsi1 ədəd üçün300 manat
4.2.Gəmi peyk rabitə stansiyası nömrəsinin verilməsi1 ədəd üçün300 manat
5.Gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün beş dəfə ödənişsiz təşkil edilən imtahanlardan sonra təkrar imtahanlarda iştiraka buraxılma  
5.1.Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitanın növbə köməkçisi1 dəfə iştirak üçün25 manat
5.2.Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan1 dəfə iştirak üçün25 manat
5.3.Qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi1 dəfə iştirak üçün25 manat
5.4.Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitanın baş köməkçisi1 dəfə iştirak üçün25 manat
5.5.Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitan1 dəfə iştirak üçün25 manat
5.6.Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitanın baş köməkçisi1 dəfə iştirak üçün25 manat
5.7.Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan1 dəfə iştirak üçün25 manat
5.8.Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə növbə mexaniki1 dəfə iştirak üçün25 manat
5.9.Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə baş mexanik1 dəfə iştirak üçün25 manat
5.10.Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha çox olan gəmilərdə növbə mexaniki1 dəfə iştirak üçün25 manat
5.11.Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə ikinci mexanik1 dəfə iştirak üçün25 manat
5.12.Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə baş mexanik1 dəfə iştirak üçün25 manat
5.13.Baş mühərriklərinin ümumi gücü 3000 kVt və daha çox olan gəmilərdə ikinci mexanik1 dəfə iştirak üçün25 manat
5.14.Baş mühərriklərinin ümumi gücü 3000 kVt və daha çox olan gəmilərdə baş mexanik1 dəfə iştirak üçün25 manat
5.15.Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha az olan gəmilərdə gəmi elektrik mexaniki1 dəfə iştirak üçün25 manat
5.16.Baş mühərriklərinin ümumi gücü 750 kVt və daha çox olan gəmilərdə gəmi elektrik mexaniki1 dəfə iştirak üçün25 manat
5.17.Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru1 dəfə iştirak üçün25 manat
5.18.Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru1 dəfə iştirak üçün25 manat
5.19.2-ci dərəcəli gəmi radioelektroniki1 dəfə iştirak üçün10 manat
5.20.1-ci dərəcəli gəmi radioelektroniki1 dəfə iştirak üçün10 manat
5.21.Gəmi radio operatoru1 dəfə iştirak üçün10 manat
5.22.Gəmi həkimi1 dəfə iştirak üçün10 manat
5.23.Kapitanın yanğın təhlükəsizliyi üzrə köməkçisi1 dəfə iştirak üçün10 manat
5.24.Kapitanın sərnişin üzrə köməkçisi1 dəfə iştirak üçün10 manat
5.25.Növbə matrosu1 dəfə iştirak üçün10 manat
5.26.İxtisaslaşmış matros1 dəfə iştirak üçün10 manat
5.27.Bosman1 dəfə iştirak üçün10 manat
5.28.Növbə motorçusu1 dəfə iştirak üçün10 manat
5.29.İxtisaslaşmış motorçu1 dəfə iştirak üçün10 manat
5.30.Gəmi elektriki1 dəfə iştirak üçün10 manat
5.31.Gəmi aşpazı1 dəfə iştirak üçün10 manat
5.32.Gəmi kran operatoru1 dəfə iştirak üçün10 manat
5.33.Gəmi kranmeysteri1 dəfə iştirak üçün10 manat
5.34.Donkerman1 dəfə iştirak üçün10 manat
5.35.Stüard (bufetçi, xidmətçi, sərnişin gəmilərində bort baxıcısı, ofisiant, növbətçi v.s.)1 dəfə iştirak üçün10 manat
5.36.Gəmi çilingəri1 dəfə iştirak üçün10 manat
5.37.Gəmi qaynaqçısı1 dəfə iştirak üçün10 manat
5.38.Gəmi tornaçısı1 dəfə iştirak üçün10 manat

 

 

Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi zamanı Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi ilə bağlı 1 dəniz limanı üçün 10000 manat və yükaşırma terminalının və yanalma körpüsünün inşası və yenidən qurulması ilə bağlı layihələrinin qiymətləndirilməsi ilə bağlı 1 yükaşırma terminalı və ya yanalma körpüsü üçün 2500 manat xidmət haqları topanılaraq xidmət haqqının ümumi məbləği hesablanır. Mövcud dəniz limanlarında yükaşırma terminallarının və yanalma körpülərinin inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi zamanı yalnız və yükaşırma terminalının və yanalma körpüsünün inşası və yenidən qurulması ilə bağlı layihələrinin qiymətləndirilməsi ilə bağlı 1 yükaşırma terminalı və ya yanalma körpüsü üçün 2500 manat xidmət haqqı məbləği tətbiq edilir.

 

 

Gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi zamanı qeyd edilən xidmət haqlarına müayinə predmeti olan gəminin yaşından asılı olaraq aşağıdakı əmsallar tətbiq edilərək xidmət haqqının ümumi məbləği hesablanır:

 

 

– 1-5 yaş – 1 əmsal;

 

– 6-10 yaş – 1,2 əmsal;

 

– 11-20 yaş – 1,4 əmsal;

 

– 21 yaş və daha yuxarı – 2 əmsal.

Seçilən
29
5
tribunainfo.az

6Mənbələr