Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə əsasən, Dövlət Dəniz və Liman Agentliyinin göstərdiyi xidmətlərin dəyərini təsdiqləyib.
Publika.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, xidmət haqları aşağıdakı kimidir:
Sıra nömrəsi | Xidmətin adı | Ölçü vahidi | Məbləği (manatla, ƏDV daxil) |
1 | 2 | 3 | 4 |
1. | Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi | ||
1.1. | Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) tikintisi ilə bağlı layihələrin qiymətləndirilməsi | hər gross ton üçün | |
1.1.1. | Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün | 1 gross ton | gəminin ümumi tutumu (gross ton ilə) x 2 manat |
1.1.2. | Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün | 1 gross ton | 1000 manat (500 gros ton x 2 manat) + gəminin 500 gross tondan yuxarı hər gross tonuna görə 1,5 manat |
1.1.3. | Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün | 1 gross ton | 4750 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat) + gəminin 3000 gross tondan yuxarı hər gross tona görə 1,20 manat |
1.1.4. | Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün | 1 gross ton | 13150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat) + gəminin 10000 gross tondan yuxarı hər gross tona görə 0,90 manat |
1.1.5. | Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün | 1 gross ton | 22150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat + 10000 gross ton x 0,90 manat) + gəminin 20000 gross tondan yuxarı hər gross tona görə 0,70 manat |
1.1.6. | Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün | 1 gross ton | 43150 manat (500 gros ton x 2 manat + 2500 gros ton x 1,5 manat + 7000 gross ton x 1,20 manat + 10000 gross ton x 0,90 manat + 30000 gross ton x 0,70 manat) + gəminin 50000 gross tondan yuxarı hər gross tona görə 0,50 manat |
1.2. | Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında dəyişikliklər ilə bağlı layihələrin qiymətləndirilməsi | hər gəmi üçün | |
1.2.1. | Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçmədikdə | 1 ədəd gəmi | 500 manat |
1.2.2. | Gəminin (kiçikhəcmli gəmi istisna olmaqla) konstruksiyasında nəzərdə tutulan dəyişikliklərdə quraşdırılan avadanlığın çəkisi boş gəminin su basımının 1%-ni keçdikdə | 1 ədəd gəmi | 500 manat + gəminin hər qross tonuna görə 0,50 manat |
1.3. | Dəniz limanının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi | 1 dəniz limanı üçün | 10000 manat |
1.3.1. | o cümlədən yükaşırma terminalının və yanalma körpüsünün inşası və yenidən qurulması ilə bağlı layihələrinin qiymətləndirilməsi | 1 yükaşırma terminalı və ya yanalma körpüsü üçün | 2500 manat |
1.4. | Dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin qiymətləndirilməsi | 1 dəniz əməliyyatları bazası üçün | 2500 manat |
1.5. | Dəniz limanlarının (onun hidrotexniki qurğularının) fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi | 1 dəniz limanı üçün | 5000 manat |
1.6. | Dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi | 1 dəniz əməliyyatları bazası üçün | 3000 manat |
2. | |||
2.1. | Gəmilərin (kiçikhəcmli gəmi istisna olmaqla) beynəlxalq konvensiyaların tələblərinə uyğun illik müayinəsi | hər gəmi üçün | |
2.1.1 | Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün | 1 ədəd gəmi | 50 manat |
2.1.2 | Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 100 manat |
2.1.3 | Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 250 manat |
2.1.4 | Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 350 manat |
2.1.5 | Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 450 manat |
2.1.6 | Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün | 1 ədəd gəmi | 500 manat |
2.2. | Gəmi (kiçikhəcmli gəmi istisna olmaqla) sahibinin təşəbbüsü ilə gəminin aralıq müayinəsinin həyata keçirilməsi | hər gəmi üçün | |
2.2.1. | Ümumi tutumu 500 gross ton və daha az olan gəmilər üçün | 1 ədəd gəmi | 380 manat |
2.2.2. | Ümumi tutumu 501 gross tondan 3000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 1380 manat |
2.2.3. | Ümumi tutumu 3001 gross tondan 10000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 1880 manat |
Ümumi tutumu 10001 gross tondan 20000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 2380 manat | |
2.2.5. | Ümumi tutumu 20001 gross tondan 50000 gross tonadək olan gəmilər üçün | 1 ədəd gəmi | 2880 manat |
2.2.6. | Ümumi tutumu 50001 gross ton və daha çox olan gəmilər üçün | 1 ədəd gəmi | 3380 manat |
3. | Dəniz limanının və ya dənizçilik şirkətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun, limanın, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının, aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi | ||
3.1. | Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi | 1 dəniz limanı üçün | 5000 manat |
3.2. | Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun qiymətləndirilməsi | 1 dənizçilik şirkəti üçün | 3000 manat |
3.3. | Dəniz limanının, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının qiymətləndirilməsi | 1 ədəd üçün | 250 manat |
3.4. | Gəmi tullantılarının idarə edilməsi planının qiymətləndirilməsi | 1 ədəd üçün | 500 manat |
3.5. | Aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi | 1 ədəd üçün | 250 manat |
4. | Gəmiyə dəniz mobil identifikasiya və ya peyk rabitə stansiyası nömrələrinin verilməsi | ||
4.1. | Gəmiyə dəniz mobil identifikasiya nömrəsinin verilməsi | 1 ədəd üçün | 300 manat |
4.2. | Gəmi peyk rabitə stansiyası nömrəsinin verilməsi |