BAKI. 30 iyul. TELEQRAF
Qəbələ” futbolçusu Urfan İsmayılovla yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən İsmayılov “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.