“Qəbələ” klubu ilə yollarını ayıranlar sırasına Urfan İsmayılov da qoşulub.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
Qeyd edək ki, bölgə təmsilçisi daha öncə Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarov ilə vidalaşıb.