AZ

Premyer Liqadan 70 milyon avroluq transfer - Dörd illik müqavilə

Bir müddətdir gözlənilən transfer rəsmiləşib. “Liverpul”un vingeri Luis Dias “Bayern”in futbolçusu olub.

Sportinfo.az xəbər verir ki, Münhen klubunun mətbuat xidməti kolumbiyalı futbolçunun transferini təsdiqləyib.

Transferin dəyəri 70 milyon avro təşkil edir. 28 yaşlı futbolçu ilə dörd illik müqavilə imzalanıb.

Dias “Liverpul”da 3 il yarım çıxış edib. O, 2022-ci ilin qışında “Portu”dan İngiltərə klubuna keçmişdi.

Avropa futboluna ilk dəfə 2019-cu ildə “Portu” ilə daxil olan Luis Dias, daha əvvəl vətəni Kolumbiyada “Barrankilya” klubunda çıxış edib. O, Kolumbiya millisində 63 oyun keçirib, 18 qol vurub.

Seçilən
30
49
sportinfo.az

10Mənbələr