AZ

Masazırda yol çökdü

Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 29 ünvanında yol çöküb.

XəzərNews.azbildirir ki, bu barədə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər məlumat verib.

Vətəndaşların sözlərinə görə, qəsəbə ərazisindəki bəzi küçələrdə də vəziyyət eynidir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidən keçən kanalizasiya xəttinin yeraltı hissəsində qəza baş verib:

“Qış aylarının yağmurlu keçməsi və sonuncu qısamüddətli yağışlar torpağın yeraltı hissəsini yuyub. Son nəticədə yol örtüyündə kiçik çökmə müşahidə olunub. Bu barədə artıq aidiyyatı qurumlara məlumatlat verilib və qısa zamanda aradan qaldırılacaq”.

Xəbər 4 dəfə oxunub.
Seçilən
7
8
xezernews.az

9Mənbələr