AZ

MİQ üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə vakansiya seçimi sabah başlayır

31 iyul saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şəxsi səhifədə namizədlər tərəfindən qeyd edilən faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi təşkil olunacaq. Vakansiya seçimində bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 4 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Seçilən
28
8
operativmm.az

10Mənbələr