AZ

Müəllimlər vakansiya seçir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsinə başlanıldı.  

“Cebheinfo.az” xəbər ki, namizədlər 31 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi 4 avqust saat 11:00-dək davam edəcək.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bu vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərlər.

Seçilən
8
14
cebheinfo.az

10Mənbələr