
Almaniyanın “Bavariya” klubu İngiltərənin “Liverpul” klubunun kolumbiyalı hücumçusu Luis Diasla müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 28 yaşlı forvardla müqavilə 30 iyun 2029-cu ilə kimi nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, transfer 70 milyon avro təşkil edib ki, bu da “Bavariya”nın tarixində üçüncü ən böyük transferdir.
Münhen klubunun ən bahalı transferi hücumçu Harri Keyndir (95 milyon avro). Bu göstəricidə ikinci yeri isə Lukas Hernandes tutur (80 milyon avro).
Qeyd edək ki, forvard “Liverpul”un tərkibində İngiltərə çempionu olub. O, ölkə kubokunu və Super Kubokunu qazanıb. Dias həmçinin, iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.