Mövsümün ən böyük transferi reallaşdı
"Liverpul"un ulduzu Luis Diaz "Bavariya"ya transfer olub. Metbuat.az xəbər verir ki, "Bavariya" futbolçu ilə 4 illik müqavilə imzalayıb. Bildirilir ki, Almaniya nəhəngi futbolçu üçün “Liverpul”a 65,5 milyon funt-sterlinq ödəyib. Qeyd edək ki, Luis Diaz “Liverpul”dan ayrılmaq istəyəndən sonra onun adı bir sıra klublarla hallanmışdı. “Barselona” klubunun da futbolçunun xidmətində maraqlı olduğu irəli sürülmüşdü.