AZ

Növbəti tədris ilində 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır

2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsilmüəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Məktəbəqədər təhsilmüəssisələrinə qeydiyyatın başlandığı 18 iyultarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbulolunması ilə bağlı valideynlərə sms göndərilib.

Bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlbedilməsi üçün alternativ olaraq qısamüddətli təlimqrupları fəaliyyət göstərir. Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub. 2018-ci ildən tətbiq olunan bu modelqadınlarınməşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqlarınməktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir. Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrantlayihəsinə qoşulub və 1300 uşaq bu xidmətdənyararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissə isəvalideyn tərəfindən ödənilir. Bu model özəl sektorunməktəbəqədər təhsilin əhatə dairəsiningenişləndirilməsindəki rolunu artırır. Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırmaprosesi həyata keçirilir. Növbəsi olmayan və boşqruplar bağlanır, əvəzində ehtiyac olan bağçalardaəlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlərnəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbiproqnozlaşdırılır. Bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqətmərkəzində saxlanılır. Məktəbəqədər təhsilmüəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinəverildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyəverilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətəbaşlaması planlaşdırılır.

Seçilən
78
6
teleqraf.com

8Mənbələr