AZ

Samuel Lino “Atletiko”nu “Flamenqo”ya dəyişdi

Madrid “Atletiko”sunun 25 yaşlı braziliyalı sol cinah hücumçusu Samuel Lino bundan sonra “Flamenqo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Flamenqo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Braziliya nəhənginə 22 milyon avro məbləğ müqabilində başa gəlib. “Urubu” “döşəkçilər”ə həmçinin 3 milyon avro məbləğində əlavə üstəlik ödəyəcək.

Samuel Lino “Flamenqo”nun məzunudur. Böyük futbolda “San-Bernardo”nun heyətində debüt etmiş Lino ardınca “Jil Visente”, Madrid “Atletiko”su və “Valensiya”da (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Lino “Atletiko” üçün 47 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Lino milli komandaya cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı sol cinah hücumçusunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
45
11
arena.az

10Mənbələr