AZ

"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər" - İmtahanlarda fırıldaqçılıq işi böyüyür

"KİV-də imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan müəyyən şəbəkələrin ifşa olunduğuna, kimlərinsə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qaydaların pozulmasının qarşısının alınması, şəffaflıq üçün tədbirlər görür".

Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur: "Birinci növbədə bunu abituriyentlər, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrnin ləğv olunmasınadək tədbirlər görülür. Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir”.

O bildirib ki, aşkarlanan belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib: "Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək”.

MİA.AZ

Seçilən
28
5
mia.az

10Mənbələr