AZ

DİM-də imtahan qaydalarını pozan şəbəkə ifşa olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan zamanı texniki cihazlardm istifadə edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunublar. 

Bu barədə APA-ya  Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur.

“Birinci növbədə bunu abituriyentlər, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrnin ləğv olunmasınadək tədbirlər görülür.

Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir”.

Misirov vurğulayıb ki, mobil “Wi-Fi” sistemi olan qurğular, mikro-qulaqlıqlar, kameralar, mikrofonlardan istifadə edən şəxslər düşünürlər ki, bu sui-istifadə yolu ilə müəyyən bal toplaya bilərlər.

O bildirib ki, bu hallar aşkarlanıb və hüquq-mühafizə orqanlarına müraciət edilib:

"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək”, - deyə o qeyd edib.

Seçilən
46
11
anews.az

10Mənbələr