ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb.
Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,3% çoxdur.
Eyni zamanda ilin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8% üstələyib.