Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6,3% çoxdur.
İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək2024-cü ilin analoji dövrünün göstəricisini 71,8% üstələyib.