AZ

Allahverdi Yolçuyev: “Yazırlar ki, buna bax, utanmır...”

Aktyor Allehverdi Yolçuyev son günlər corab satıması ilə gündəmə gəlməsinin bir rol, şou olması barədə deyilənlərə münasibət bildirib...

Aktyor Pravda.az-a açıqlamasında deyib, hələ də işlə təmin edilməyib.

“Yəqin, məzuniyyətdir, məzuniyyətdən sonra işə götürərlər. Mən onu elə-belə demişdim. Çünki Musiqili Komediya Teatrının truppası gəlmişdi. Belə başa düşdüm ki, yəqin ora işə düzəldəcəklər...” – o bildirib.

A.Yolçuyev aparıcı Tarix Əliyevin verilişində iki evinin olması, nəyəsə ehtiyacının olmaması barədə açıqlamasına görə tənqid edilməsinə belə cavab verib: “Adamın fikri hər saniyə dəyişir. Həmişə vaxta, zamana, məkana görə danışmaq lazımdır. Mənim də ehtiyaclarım var, göydən düşməmişəm ki. O cür deyirəm ki, mənə pul təklif etməsinlər. Öz gücümlə qazanmaq istəyirəm. Mənə iş versinlər, hər ay “qol” çəkim, maaş alım, vəssalam. Corab satmağım elə ajiotaj yaradıb ki. Nə bilim, vallah. Mən şou bilmirəm, fikrimə nə gəlib, onu da etmişəm. Uşaq vaxtı həmişə əlimə pul gəlib, sevinmişəm. İndi gəlmir. Məcburam corab satım. İcarəyə çayxana götürəcəkdim. Öz qohumlarım hətta yazırlar ki, Allahverdinin dörd evi var. Kaş olaydı... Onlar olan yerdə mənə düşmən lazım deyil. Şəhərdəki evim yaradıcılıq evidir. Qrimlərim, paltarlarım, Şaxta baba, Ovçu Pirim kostyumu, albomlarım - hamısı oradadır. Digər ev isə beşotaqlıdır, beşi də dolu. Nəvələrim var. Evdə səkkiz-doqquz nəfər qalır. Ev nə deməkdir ki. Ev istəmirəm. Bəzi adamlar kimi heç vaxt dövlətdən ev istəməmişəm. Yeddi evi var, hələ də istəyir. Gəlirim xərclərimdən azdırsa, nə edim? 336 manat 85 qəpik pul alıram. Bu gün varımdır, kef içində yaşayım. Bəs sabah? Bəs lap qocalanda? Alınmır axı. Qızlarımın evini sayırlar. Heç dəxli var? Qızlarım ailə qurublar, ərlərinin evidir. O ev mənimdir bəyəm? Yazırlar ki, hə, buna bax, utanmır. Utanmalı nə var?”

Poliqon.info

 

Seçilən
12
6
poliqon.info

7Mənbələr