Aktyor Allehverdi Yolçuyev son günlər corab satıması ilə gündəmə gəlməsinin şou olması barədə deyilənlərə münasibət bildirib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o hələ də işlə təmin edilmədiyini deyib:
“Yəqin, məzuniyyətdir, sonra işə götürərlər. Mən onu elə-belə demişdim. Çünki Musiqili Komediya Teatrının truppası gəlmişdi. Belə başa düşdüm ki, yəqin ora işə düzəldəcəklər”. Pepperoni pizza
A.Yolçuyev aparıcı Tarix Əliyevin verilişində 2 evinin olması, nəyəsə ehtiyacının olmamasına görə tənqid edilməsinə belə cavab verib:
“Adamın fikri hər saniyə dəyişir. Həmişə vaxta, zamana, məkana görə danışmaq lazımdır. Mənim də ehtiyaclarım var, göydən düşməmişəm ki. O cür deyirəm ki, mənə pul təklif etməsinlər. Öz gücümlə qazanmaq istəyirəm. Mənə iş versinlər, hər ay qol çəkim, maaş alım, vəssalam.
Corab satmağım elə ajiotaj yaradıb ki. Nə bilim, vallah. Mən şou bilmirəm, fikrimə nə gəlib, onu da etmişəm. Uşaq vaxtı həmişə əlimə pul gəlib, sevinmişəm. İndi gəlmir, məcburam corab satım.
İcarəyə çayxana götürəcəkdim. Öz qohumlarım hətta yazır ki, Allahverdinin 4 evi var. Kaş olaydı. Onlar olan yerdə mənə düşmən lazım deyil. Şəhərdəki evim yaradıcılıq evidir. Qrimlərim, paltarlarım, Şaxta baba, Ovçu Pirim kostyumu, albomlarım - hamısı oradadır. Digər ev isə beşotaqlıdır, beşi də dolu. Nəvələrim var. Evdə 9 nəfər qalır. Amma ev istəmirəm.
336 manat 85 qəpik pul alıram. Bu gün varımdır, kef içində yaşayım. Bəs sabah? Bəs lap qocalanda? Alınmır axı. Qızlarımın evini sayırlar. Heç dəxli var? Qızlarım ailə qurub, ərlərinin evidir. O ev mənimdir bəyəm? Yazırlar ki, hələ buna buna bax, utanmır. Utanmalı nə var?!”
Telegram kanalımız