AZ

“Atletiko”dan “Flamenqo”ya

“Atletiko”nun futbolçusu Samuel Lino karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Flamenqo”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lino ilə 5 illik müqavilə imzalanıb.

“Flamenqo” transfer üçün “Atletiko”ya 25 milyon avro ödəyib.

Cinah oyunçusu ötən mövsümdə La Liqada 21 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Flamenqo” daha əvvəl “Milan”dan Emersonu, “Atletiko”dan ayrılan Saulu heyətinə qatıb.

Seçilən
56
11
futbolpress.az

10Mənbələr