
Amazonas ştatının cəngəlliklərində hərbi təyyarə qəzaya uğrayıb. Venesuelanın Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) döyüşçüləri qəza nəticəsində sağ qalan 3 nəfəri xilas ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Venesuela mətbuatı yazıb.
“FANB möcüzəvi şəkildə təyyarənin göyərtəsində olan üç nəfəri xilas edə bilib”, - məlumatda deyilir.
AMB4292 qeydiyyat nömrəli “Karvan” təyyarəsi Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan az sonra radarlardan itib. Ştat qubernatoru Migel Rodriges bildirib ki, Bolivar Respublikası Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Aviasiya Qrupuna məxsus təyyarənin göyərtəsində ən azı 10 nəfər, o cümlədən tibb işçiləri, ekipaj üzvləri və yerli Yanomami xalqının nümayəndələri olub.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilər.
Qəza yerində xilasetmə əməliyyatı davam edir.
V. QULİYEV